ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela Prezidenti Nikolas Maduro hökumətinə qarşı tətbiq edilən sanksiyalar və müvafiq addımlardan sonra bu ölkədən 80 milyon bareldən çox neft əldə etdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə dövlət başçısı brifinqdə bildirib.
Xatırladaq ki, Vaşinqton və Karakas arasındakı münasibətlər son illərdə kəskinləşib.
Bu müddət ərzində ABŞ administrasiyası Venesuelanın neft sektoruna qarşı müxtəlif məhdudiyyətlər tətbiq edib. Prezidentin bu açıqlaması regiondakı enerji axını və siyasi gərginlik fonunda diqqət çəkib.