ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı diqqətçəkən açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp rəsmi Tehranın ölkədəki nüvə obyektlərində ən yüksək səviyyəli və qeyri-məhdud müddətli yoxlamaların aparılmasına razılıq verdiyini iddia edib.
Məlumata görə, prezident İran tərəfinin beynəlxalq nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı tələbləri “tam və birmənalı şəkildə” qəbul etdiyini bildirib.
Bildirilib ki, bu bəyanatın hansı şərtlər çərçivəsində əldə olunması və onun reallığı ilə bağlı hələlik İran tərəfindən rəsmi təsdiq verilməyib.
Qeyd olunub ki, beynəlxalq müşahidəçilər iddianın təsdiqlənəcəyi təqdirdə bunun Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində mühüm dönüş nöqtəsinə çevrilə biləcəyini istisna etmirlər.
Məlumata görə, hazırda nə rəsmi Tehran, nə də digər beynəlxalq tərəflər Trampın səsləndirdiyi iddialarla bağlı ətraflı şərh verməyiblər.