Əsas məzmuna keç

Donald Tramp Hörmüz boğazı ilə bağlı mövqeyini açıqlayıb

Donald Tramp Hörmüz boğazı ilə bağlı mövqeyini açıqlayıb

ABŞ-nin Prezidenti Hörmüz boğazının açıq qalmasının vacibliyini vurğulayıb, lakin gərəkərsə blokada tətbiq etməyə hazır olduqlarını bildirib.

en ru

ABŞ Prezidenti Tramp boğazının ticarət üçün açıq saxlanılmasının əhəmiyyətindən danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp strateji əhəmiyyət daşıyan bu su yolunda təhlükəsizliyin qorunmasının vacib olduğunu bildirib.

Məlumata görə, o, regionda yerləşən hərbi gəmilərin hazırda öz mövqelərində qalmağa davam etdiyini qeyd edib.

Bildirilib ki, Tramp zərurət yaranacağı təqdirdə ABŞ qüvvələrinin Hörmüz boğazında blokada rejimini yenidən tətbiq etmək imkanına malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, belə bir addım dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi və regionda sabitliyin qorunması məqsədi daşıyacaq.

Qeyd olunub ki, dünya enerji təchizatında mühüm rol oynayan Hörmüz ilə bağlı açıqlamalar regionun geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirib.

Məlumata görə, ABŞ-nin bölgədəki hərbi mövcudluğu və gələcək addımları beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…