Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Livan və İsrail arasında Vaşinqtonda yeni danışıqlar raundu başlayır

2 dəq
Paylaş:
Livan və İsrail arasında Vaşinqtonda yeni danışıqlar raundu başlayır

Livan və İsrail rəsmiləri Vaşinqtonda keçiriləcək beşinci raunduna hazırlaşırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tərəflərin əsas məqsədi regiondakı böhranının həlli və İsrail ordusunun Livan ərazisindən çıxarılması ilə bağlı konkret cədvəlin müəyyən edilməsidir.

Məlumata görə, Livan rəsmiləri birbaşa dialoqun münaqişənin həlli üçün yeganə yol olduğunu bildirsələr də, aprel ayından etibarən keçirilən əvvəlki dörd raund danışıqlar konkret nəticə verməyib.

Bildirilib ki, müzakirələr fonunda və İran arasında əldə olunan qarşılıqlı anlaşma memorandumu da diqqət mərkəzindədir. Razılaşmanın cəbhə xəttində nisbi sakitlik yaratdığı qeyd olunsa da, Livan hakimiyyəti Tehranın ölkə adından danışa bilməyəcəyini vurğulayır. Cozef Aun və digər rəsmilər bu mövqeni bir neçə dəfə təkrarlayıblar.

Qeyd olunub ki, "Hizbullah" isə İranı əsas vasitəçi kimi görür və Livan hökumətini İsraillə birbaşa təmaslardan çəkinməyə çağırır.

Məlumata görə, İsrail hökumətinin sözçüsü David Menser rəsmi Təl-Əvivin əsas hədəfinin "Hizbollah"ın tərksilah edilməsi və Livanla uzunmüddətli sazişinin imzalanması olduğunu bildirib. Bununla yanaşı, İsrail rəsmilərinin qoşunların cənubi Livanda qeyri-müəyyən müddətə qala biləcəyinə dair siqnallar verdiyi qeyd edilib.

Bildirilib ki, Livan tərəfi bu məsələdə ciddi etimad probleminin mövcud olduğunu hesab edir. Ekspertlər isə ABŞ-İran razılaşmasından narazı olan İsrailin Vaşinqton danışıqlarında daha sərt mövqe nümayiş etdirə biləcəyini istisna etmirlər.

"Tahrir Middle East Policy" institutunun əməkdaşı Kərim Səfəddinin sözlərinə görə, tərəflərin mövqelərində əsaslı dəyişiklik baş vermədiyi üçün qarşıdakı görüşlərdən ciddi irəliləyiş gözlənilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax