“Uotford”un sabiq hücumçusu Troy Dini “Mançester Yunayted”in forvardı Brayan Mbemo ilə bağlı tənqidlərə qoşulub.
Məlumata görə, Kamerun millisinin 27 yaşlı üzvü Maurisio Poçettinonun klubdakı ilk məşqindən əvvəl GTA 6 oynadığı üçün gec yatıb. Mbemo gecəyarısı sosial şəbəkədə oyunun yüklənmə ekranının şəklini “Tarixi an” qeydi ilə paylaşıb. Futbolçunun nə qədər oynadığı məlum deyil.
Talksport jurnalisti Aleks Kruk paylaşımı belə şərh edib: “Onun neçə yaşı var, 15? Bunu niyə hamıya göstərmək lazımdır? Budur, əyani nümunə: Maurisio Poçettino onu heyətə daxil etməməlidir”.
Dini Talksport efirində Krukun fikri ilə razılaşaraq deyib: “Belə şeyləri göz önünə çıxarmaq olmaz, həqiqətən olmaz. Onlayn oyun oynadığını heç kim bilməməlidir. Üstəlik, bu, çox pis mesaj verir”.
O əlavə edib ki, məşqçi və ya kapitan olsaydı, Mbemoya meydanda nəyə qadir olduğunu göstərməyi təklif edərdi. Dinin sözlərinə görə, futbolçu yorulsa və ya baldır əzələsini zədələsəydi, bunu hamıya danışardı: “Burada müəyyən standartlar var, sən isə onlara heç cür uyğun gəlmirsən”.