Əsas məzmuna keç

Trampın “gizli düymə” iddiası gündəm oldu

Trampın “gizli düymə” iddiası gündəm oldu

ABŞ prezidenti Donald Trampın rəsmi tədbirlərdən birindəki davranışı internet istifadəçiləri arasında maraqlı sui-qəsd nəzəriyyəsinin yaranmasına səbəb olub.

en ru

ABŞ Prezidenti Trampın qarnındakı düymə vasitəsilə idarə edildiyi barədə sosial şəbəkələrdə yayılan iddia gündəmə səbəb olub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə iddia ABŞ-nin mühafizəkar fəallarından biri kimi təqdim olunan Ceymi Franklinlə bağlı görüntülərdən sonra “X” sosial şəbəkəsində yayılıb.

Məlumata görə, hadisə avqustun 10-da Ağ Evin Oval kabinetində keçirilən tədbir zamanı baş verib.

Tədbirdə Milli Səhiyyə İnstitutlarının direktoru Cey Bxattaçariyanın çıxışı zamanı bir neçə saniyə başını aşağı salaraq gözlərini yumub.

Həmin vaxt onun arxasında dayanan Ceymi Franklin əlini qarnına qoyub. Bundan dərhal sonra Trampın gözlərini açaraq dikəlməsi istifadəçilərinin diqqətini çəkib.

Bu görüntülərdən sonra internetdə Franklinin guya Trampı elektrik cərəyanı vasitəsilə oyatmaq üçün qarnındakı gizli düyməni basdığına dair sui-qəsd nəzəriyyəsi yayılıb.

Franklin isə iddialara hesabında ironik cavab verib:

“Mən sadəcə hamiləyəm, sizi qəribə insanlar”, – deyə o yazıb.

Qeyd edək ki, Trampın ictimai tədbirlər zamanı yuxulu və ya yorğun göründüyü ilk hal deyil. Daha əvvəl Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında da onun mürgülədiyi görüntülər yayılmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…