Əsas məzmuna keç

Trampa sui-qəsd cəhdi: Təqsirləndirilən şəxsi nə gözləyir?

Trampa sui-qəsd cəhdi: Təqsirləndirilən şəxsi nə gözləyir?

31 yaşlı Kol Tomas Allen Hilton otelindəki silahlı insidentə görə ömürlük həbslə üz-üzədir. Məxfi Xidmət agentinin yaralandığı hücumun şok detalları məlum oldu.

en ru

Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı atəş açan 31 müəllim Kol Tomas ABŞ Prezidenti Trampa qarşı sui-qəsd cəhdində ittiham olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, əgər onun günahı sübut olunarsa, Allen həbs cəzası ilə üzləşə bilər.

Qeyd olunub ki, hadisə aprelin 25-də Vaşinqton Hilton Otelində baş verib.

Məlumata görə, silahlı şəxs atəş açaraq tədbirin keçirildiyi zala daxil olmağa cəhd edib.

Bildirilib ki, insident zamanı Məxfi Xidmət agenti yaralanıb.

Qeyd olunub ki, Allen həmçinin qanunsuz odlu silah saxlamaqda və zorakılıq törətmək niyyəti ilə silahdan istifadə etməkdə ittiham edilir.

Məlumata əsasən, şübhəlinin üzərində əlavə olaraq üç bıçaq da aşkar edilib.

Bildirilib ki, ABŞ Baş prokuroru vəzifəsini icra edən Todd Blanç dinləmədən sonra jurnalistlərə açıqlamasında müstəntiqlərin Allenin hadisə gecəsi qohumlarına göndərdiyi elektron məktubda Trampı “xain” adlandırdığını və onu hədəf aldığını ehtimal etdiklərini deyib.

Qeyd olunub ki, daha əvvəl 2024-cü il seçki kampaniyası zamanı iki sui-qəsd cəhdinin hədəfi olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…