Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp: Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər

3 dəq
Paylaş:
Tramp: Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər

Ağ Ev rəhbəri Donald bildirib ki, Tehranla danışıqlar nəticəsiz qalsa, Vaşinqton İrana qarşı əməliyyatlara qayıda bilər.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, Ağ Ev rəhbəri Vaşinqtona gedərkən təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib.

"Mən bunu (atəşkəs müqaviləsini -red) uzatmaya bilərəm. Blokada qüvvədədir və təəssüf ki, bombalamağa davam etməli olacağıq", - o, Vaşinqton və Tehran mövcud atəşkəs müqaviləsinin çərşənbə günü bitməsindən əvvəl razılığa gələ bilməyəcəkləri təqdirdə, atəşkəsin uzadılması perspektivləri ilə bağlı suala cavabında deyib.

Zənginləşdirilmiş uranın İslam Respublikasından çıxarılması üçün mümkün vaxt barədə şərh verən ABŞ Prezidenti bunun "razılaşma imzalandıqdan sonra bir anda" baş verəcəyini vurğulayıb.

"Biz İranla birlikdə ora gedəcəyik, hamısını götürəcəyik və ABŞ-yə geri göndərəcəyik. Əgər bu baş verməzsə, biz bunu fərqli, daha az mehribanlıqla edəcəyik", - Amerika Prezidenti bildirib.

Bununla belə, Tramp İranla bağlı çox ümidverici xəbərlər aldığını bildirib, lakin təfərrüatları açıqlamaqdan imtina edib.

"Görünür, Yaxın Şərqdə İranla bağlı vəziyyət müsbət istiqamətdə inkişaf edir. Hər şeyi biləcəksiniz. Bu, baş verməli olan bir şeydir və inanıram ki, baş verəcək", - o deyib.

Cümə günü Tramp "Truth Social" sosial şəbəkəsində bir sıra paylaşımlar edib. O, paylaşımlarda xüsusən İranın nüvə proqramını ləğv etməyə razı olduğunu və zənginləşdirilmiş ehtiyatlarını ABŞ-yə təhvil verməyə hazır olduğunu iddia edib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı əməliyyata başlayıb və bir neçə şəhərə hava hücumları həyata keçiriblər. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb. Buna cavab olaraq İran İsrailə raket zərbələri endirib və Fars körfəzindəki Amerika hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 8 aprelə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında İslamabadda nəticəsiz qalan danışıqların birinci mərhələsi keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax