Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp NATO-nu iki siyahıya böldü

2 dəq
Paylaş:
Tramp NATO-nu iki siyahıya böldü

administrasiyası NATO müttəfiqlərini “yaxşı” və “pis” kimi bölüb

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə “” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ administrasiyası NATO müttəfiqlərini “nümunəvi” və “pis” kimi edən siyahı hazırlayıb. Məlumata görə, bu barədə üç avropalı diplomat və ABŞ Müdafiə Nazirliyinin bir rəsmisi açıqlama verib.

Diplomatlardan biri qeyd edib ki, “Ağ Evin yaxşı və pis müttəfiqlərinin siyahısı var”.

Mənbələrin bildirdiyinə görə, siyahı NATO-nun Mark Ruttenin Vaşinqtona səfəri ərəfəsində hazırlanıb və İranla bağlı məsələlərdə ABŞ-ni ölkələrə yönəlib.

Qeyd olunub ki, administrasiya İranla müharibəni dəstəkləməyən müttəfiqlərə qarşı mümkün tədbirləri müzakirə edir, lakin konkret addımlar hələ müəyyən edilməyib.

“Pis müttəfiqləri cəzalandırmaq məsələsində onların konkret planı yoxdur. Qoşunların yenidən yerləşdirilməsi variantlardan biridir, amma bu, daha çox ABŞ-nin özünə təsir edə bilər”, – deyə avropalı rəsmi bildirib.

Məlumata görə, NATO ölkələrinin alyansdakı töhfələrinə əsasən qiymətləndirilməsi də aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax