Əsas məzmuna keç

Donald Tramp Ukraynaya yardımı azaldıb NATO-ya təzyiqi artıracaq

Donald Tramp Ukraynaya yardımı azaldıb NATO-ya təzyiqi artıracaq

Politico: Donald Tramp hərbi yardımı kəsib NATO-ya təzyiqi artıra bilər. Almaniyadan qoşunların çıxarılması və Fridrix Merz ilə yaranan gərginliyin şok təfərrüatı.

en ru

Ukraynaya dəstəyi azalda bilər.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, "" nəşri adı açıqlanmayan avropalı rəsmiyə istinadən maraqlı iddia ilə çıxış edib.

Məlumata görə, ABŞ Prezidenti Trump Respublikaçılar Partiyası noyabr ayında keçiriləcək ara seçkilərdə zəif nəticə göstərərsə, Ukraynaya dəstəyi azalda və NATO ilə Aİ ölkələrinə artıra bilər.

Bildirilib ki, mənbənin sözlərinə görə, Tramp bu addımı əsas seçici bazasının dəstəyini bərpa etmək üçün ata bilər. Rəsmi şəxs ABŞ-nin NATO ilə bağlı mövqeyinin daha da pisləşə biləcəyi riskini də vurğulayıb.

Qeyd olunub ki, daha əvvəl ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Şon Parnell Pentaqon rəhbəri Pit Heqset tərəfindən Almaniyadan 5000 Amerika əsgərinin çıxarılması barədə göstəriş verildiyini açıqlayıb. Onun sözlərinə görə, bu prosesin 6–12 ay ərzində başa çatması gözlənilir.

Məlumata görə, Tramp aprelin 29-da ABŞ-nin Almaniyadakı kontingentini azaltmağı nəzərdən keçirdiyini bildirib, ertəsi gün isə İtaliya və İspaniyada da qoşun sayının azaldıla biləcəyini istisna etməyib.

Bildirilib ki, bu açıqlamalar Almaniya kansleri Fridrix Merzin Vaşinqtonun Tehrana qarşı siyasətini tənqid etməsindən sonra səsləndirilib. Tramp isə Merzi İranın nüvə proqramı ilə bağlı mövqeyinə görə ittiham edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…