Əsas məzmuna keç

Mark Rutte Trampa NATO-nun effektivlik hesabatını təqdim edib

Mark Rutte Trampa NATO-nun effektivlik hesabatını təqdim edib

NATO-nun Baş katibi Mark Rütte ABŞ prezidenti Donald Trampın alyansa qarşı tənqidlərini yumşaltmaq üçün qeyri-adi üsula əl atıb.

en ru

NATO-nun Mark ABŞ Prezidenti Trampla Ağ Evdə keçirdiyi görüş zamanı alyansın müdafiə xərcləri ilə bağlı təqdimat nümayiş etdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Mark Rutte görüş zamanı üzərində qızılı hərflərlə "Trampın trilyonu" və "Tramp-47 effekti" yazılmış qrafiklər təqdim edib. Bildirilib ki, qrafiklər vasitəsilə üzvü olan ölkələrin 2017-ci ildən, yəni Donald Trampın ilk prezidentlik dövründən etibarən müdafiə xərclərini nə dərəcədə artırdıqları nümayiş etdirilib.

Qeyd olunub ki, NATO Baş katibi Avropa ölkələrinin müdafiə büdcələrini ABŞ səviyyəsinə yaxınlaşdırmasını 1950-ci illərdə Duayt Eyzenhauer administrasiyasından bəri əldə olunan ən mühüm nəticələrdən biri kimi qiymətləndirib.

Bildirilib ki, təqdim edilən arqumentlərə baxmayaraq, Donald Avropa müttəfiqlərinə dair tənqidi mövqeyini dəyişməyib. ABŞ Prezidenti NATO müttəfiqlərinin İrana qarşı həyata keçirilən kampaniya zamanı Vaşinqtona öz hərbi bazalarından istifadə imkanı verməməsindən narazılığını ifadə edib.

Məlumata əsasən, görüş zamanı Avropa ölkələrinin ABŞ-yə dəstək məsələsi də müzakirə olunub. Mark Rütte müttəfiqlərin Vaşinqtonu dəstəkləyib-dəstəkləməməsi ilə bağlı müzakirələrin davam etdiyini bildirərkən, Donald Tramp onun sözünü kəsərək "Xeyr" cavabını verib və reaksiyasını jestlə ifadə edib.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya rəhbərlərinin siyasəti ilə bağlı narazılığını açıq şəkildə dilə gətirmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…