ABŞ Prezidenti Donald Tramp Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə keçiriləcək görüşün dəqiq vaxtını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində çıxış edən Tramp, görüşün yanvarın 22-də baş tutacağını bildirib.
Ağ Ev rəhbəri əvvəlki açıqlamasında görüşün yanvarın 21-də keçiriləcəyini desə də, sonradan bu məlumata düzəliş edib.
"Hesab edirəm ki, bu görüş sabah baş tutacaq", - deyə o, cümə axşamına işarə edərək vurğulayıb.
Xatırladaq ki, hər iki lider Davos Forumunda iştirak etmək üçün İsveçrədə səfərdədir. Görüş zamanı iki ölkə arasındakı münasibətlər və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.