ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Sülh Şurasına üzv olmaq barədə təklifi müsbət qarşıladığını bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlama verib.
Tramp qeyd edib ki, o, bu yeni təsisatın tərkibində dünyada böyük nüfuza və real gücə malik olan şəxslərin yer almasında maraqlıdır.
Məhz bu meyarları nəzərə alaraq Rusiya Prezidentinə rəsmi dəvət göndərildiyi vurğulanıb.
Xatırladaq ki, Donald Tramp bir müddət əvvəl Sülh Şurasını indiyədək yaradılmış "ən böyük və ən nüfuzlu orqan" kimi xarakterizə etmişdi. Şuranın fəaliyyət istiqamətləri və digər potensial üzvləri barədə hələlik geniş məlumat verilmir.