Əsas məzmuna keç

Tramp: İranla sanksiya müzakirələri başladı

Tramp: İranla sanksiya müzakirələri başladı

Donald Tramp Tehranla tariflər və iqtisadi məhdudiyyətlərin ləğvi üzrə detalları açıqladı. Uran zənginləşdirilməsi və atəşkəs barədə razılaşmanın 15 bəndi nələrdir?

en ru

Prezidenti bəyan edib ki, İran artıq uranın zənginləşdirilməsi ilə məşğul olmayacaq və hazırda sanksiyaların yumşaldılması üzrə tarixi danışıqlar aparılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ağ Evin rəhbəri bu mühüm açıqlamanı "Truth Social" platformasında edib.

"Birləşmiş Ştatlar İranla sıx əməkdaşlıq edəcək. zənginləşdirilməyəcək və bizimlə birgə hərəkət edərək dərinliklərdə basdırılmış nüvə materiallarının (B-2 bombardmançılarının zərbələrindən sonra) bütün qalıqlarını çıxaracaq. Hazırda bu obyekt ciddi peyk müşahidəsi altındadır", - deyə o bildirib.

Vaşinqton və Tehran arasında tariflər və sanksiyaların yumşaldılması məsələlərinin müzakirə edildiyini qeyd edən Donald Tramp əlavə edib: "Biz İranla tariflər və sanksiyaların yumşaldılması məsələləri üzrə danışıqlar aparırıq və aparacağıq. 15 bənddən bir çoxu artıq razılaşdırılıb".

Xatırladaq ki, İran və ABŞ 2026-cı il aprelin 8-i gecəsi iki həftəlik barədə razılığa gəliblər. İran öz tərəfindən bəyan edib ki, bu müddət ərzində İranın Silahlı Qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…