Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail ABŞ-nin İranla atəşkəs yanaşmasından narazıdır

1 dəq
Paylaş:
İsrail ABŞ-nin İranla atəşkəs yanaşmasından narazıdır

İsrail liderləri ABŞ-nin İranla razılaşmasının təşkili tərzindən ciddi narazılıqlarını bildiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Vaşinqton yəhudi dövlətini atəşkəs barədə son anda və əvvəlcədən məsləhətləşmədən xəbərdar edib.

Məlumata görə, ABŞ Prezidenti atəşkəs elan edilməzdən qısa müddət əvvəl İsrailin Binyamin Netanyahuya zəng edərək, atəşkəs barədə fakt təqdim edib, lakin hər hansı koordinasiya aparmayıb. Buna baxmayaraq, İsrail dialoq zamanı atəşkəsdə iştirak etməyə razılıq verib.

Eyni zamanda, İsrail hakimiyyəti Livanın atəşkəsə daxil edilməsinə dair ilkin tələblərdən narazılığını ifadə edib. Nəticədə, yəhudi dövləti "Hizbullah"a qarşı əməliyyatları dayandırmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax