Operativ Məlumat Mərkəzi

Tramp investisiyaları artırmaq üçün yeni ofis yaradır

1 dəq
Paylaş:
Tramp investisiyaları artırmaq üçün yeni ofis yaradır
bununla bağlı xarici KİV məlumat yayıb. Ağ Evdən verilən açıqlamada sözügedən ofisin ABŞ Ticarət Nazirliyinin tərkibində fəaliyyət göstərəcəyi...

ABŞ Prezidenti Donald Tramp ölkəyə investisiyaları sürətləndirmək məqsədilə yeni ofisin yaradılması haqqında Fərman imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Ağ Evdən verilən açıqlamada sözügedən ofisin ABŞ Ticarət Nazirliyinin tərkibində fəaliyyət göstərəcəyi bildirilib.

Açıqlamada ofisin 1 milyard dollardan çox investisiyaları asanlaşdırmaq və sürətləndirmək üçün yaradılacağı bildirilib.

Ofisin prosesləri daha səmərəli etməklə yerli və xarici investisiyaları cəlb edəcəyi və ABŞ-ni irimiqyaslı investisiyalar üçün ən cəlbedici məkana çevirəcəyi vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər