Operativ Məlumat Mərkəzi

Tramp: ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır

1 dəq
Paylaş:
Tramp: ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır
bu barədə o, “Fox News”a müsahibəsində bildirib. “Medvedev (Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Qeyd) nüvə silahı...

ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə potensial nüvə müharibəsinə hazır olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

“Medvedev (Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Qeyd) nüvə silahı haqqında danışmağa başladı və nüvə silahına gəldikdə, biz hazır olmalıyıq. Biz isə tam hazırıq, - Ağ Evin rəhbəri bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsinə dair əmr verib.

O, bu addımı Rusiyanın keçmiş prezidenti, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatından sonra atdığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər