Operativ Məlumat Mərkəzi

"Tottenxem" "Bayer"dən futbolçu ala bilər

1 dəq
Paylaş:
"Tottenxem" "Bayer"dən futbolçu ala bilər
22 yaşlı oyunçunun imzalanmasında Londonun "Tottenxem" klubu maraqlıdır. Potensial transferin məbləği 40 milyon avro olaraq qiymətləndirilir....

"Bayer Leverkuzen"in müdafiəçisi Piero Enkapye karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "FourFourTwo"-a istinadən xəbər verir ki, 22 yaşlı oyunçunun imzalanmasında Londonun "Tottenxem" klubu maraqlıdır.

Potensial transferin məbləği 40 milyon avro olaraq qiymətləndirilir.

Müdafiəçinin Leverkuzen klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatır.

Alman Bundesliqasının bu mövsümündə Enkapye "Bayer" üçün 21 görüş keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər