Əsas məzmuna keç

"Tottenhem" Tomas Frankı baş məşqçi vəzifəsindən azad etdi

"Tottenhem" Tomas Frankı baş məşqçi vəzifəsindən azad etdi

Premyer Liqada 16-cı pilləyə düşən London klubu mütəxəssislə yollarını ayırdı. Çempionlar Liqasındakı uğura rəğmən, qələbəsiz seriya ayrılığı qaçılmaz etdi.

en ru

İngiltərənin “ Hotspur” klubu baş Frankın istefasını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilib ki, Klub kişilərdən ibarət komandanın baş məşqçisində dəyişiklik etmək qərarına gəlib və Tomas Frank bu gün vəzifəsindən istefa verəcək.

“Tomas 2025-ci ilin iyun ayında təyin edilmişdi və biz ona gələcək üzərində birgə işləmək üçün lazımi vaxtı və dəstəyi verməyə sadiq idik. Lakin nəticələr və performanslar idarə heyətini mövsümün bu mərhələsində məşqçi dəyişikliyinin zəruri olduğu qənaətinə gətirib çıxardı. Klubda olduğu müddət ərzində Tomas sarsılmaz sədaqət nümayiş etdirib və özünü tamamilə klubun inkişafına həsr edib. Ona töhfəsinə görə təşəkkür edir və gələcəkdə uğurlar arzulayırıq”.

“Tottenhem” İngiltərə Premyer Liqasında səkkiz oyunluq qələbəsiz seriyaya başlayıb və 2025/26 mövsümündə 26 matçdan 29 xalla Premyer Liqanın cədvəlində 16-cı yerdə qərarlaşıb.

Çempionlar Liqasının qrup mərhələsində isə komanda səkkiz oyundan 17 xal toplayaraq dördüncü yeri tutub və birbaşa 1/8 finala yüksəlib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…