Əsas məzmuna keç

Tokio şəhərinin meri: Bakının təmizliyi və gözəlliyi məni valeh etdi

Tokio şəhərinin meri: Bakının təmizliyi və gözəlliyi məni valeh etdi

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak...

Bakıda keçirilən Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün Bakıda səfərə gələn Yaponiyanın paytaxtı şəhərinin qubernatoru Yuriko Koike Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ilə görüşüb.

Bakı şəhər İcra Hakimiyyətindən mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Yuriko Koike Bakının təmizliyi və gözəlliyinin onu etdiyini vurğulayaraq, Azərbaycanda olmağından və COP29 tədbirində iştirakından məmnun olduğunu bildirib.

Qonaq həmçinin, Azərbaycanın və Bakı şəhərinin son illərdə sürətlə inkişaf etdiyini xüsusilə qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yaponiya nümayəndə heyətinin Bakıda olduğundan məmnunluğunu ifadə edərək paytaxt barədə məlumat verib. O, bildirib ki, bu gün Bakı və regionların inkişafı ölkə başçısı İlham Əliyevin fəaliyyətinin nəticəsidir.

Daha sonra hər iki paytaxt şəhər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…