Operativ Məlumat Mərkəzi

Tokayev Trampdan Qəzza Sülh Şurasına dəvət aldı

1 dəq
Paylaş:
Tokayev Trampdan Qəzza Sülh Şurasına dəvət aldı
bu barədə Qazaxıstan liderinin köməkçisi və mətbuat katibi Ruslan Jeldibay məlumat verib.Onun sözlərinə görə, Prezident Kasım-Jomart Tokayev Sülh Şurasına...

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampdan Qəzza Sülh Şurasına qoşulmaq üçün rəsmi dəvət alıb.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə Qazaxıstan liderinin köməkçisi və mətbuat katibi Ruslan Jeldibay məlumat verib.

Onun sözlərinə görə, Prezident Kasım-Jomart Tokayev Sülh Şurasına qoşulmaq və Qazaxıstanın təsisçi üzvü olması üçün rəsmi dəvət alan ilk dünya liderlərindən biri olub. Bildirilib ki, dövlət başçısı buna cavab olaraq ABŞ Prezidentinə ünvanladığı məktubda səmimi minnətdarlığını ifadə edib və yeni yaradılan təşkilata qoşulmağa razılığını təsdiqləyib.

Ruslan Jeldibay əlavə edib ki, Tokayev Qazaxıstanın Yaxın Şərqdə davamlı sülhün əldə olunmasına, dövlətlərarası etimadın möhkəmləndirilməsinə və qlobal sabitliyin gücləndirilməsinə mümkün töhfə vermək niyyətini bir daha vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər