Əsas məzmuna keç

Tokayev Qazaxıstanda parlament islahatlarının məqsədlərini açıqlayıb

Tokayev Qazaxıstanda parlament islahatlarının məqsədlərini açıqlayıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə birpalatalı parlamentin yaradılmasını nəzərdə tutan islahatların əsas məqsədinin qanunverici orqanın...

prezidenti Kasım-Jomart ölkədə birpalatalı parlamentin yaradılmasını nəzərdə tutan islahatların əsas məqsədinin qanunverici orqanın peşəkarlığını gücləndirmək olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri islahatları üzrə işçi qrupunun ilk iclasında səsləndirib.

“Parlament olmalıdır. Onun proporsional sistem – partiya siyahıları əsasında formalaşdırılması təklifi də bu məqsəddən irəli gəlir. Birpalatalı parlament daxilində çoxpartiyalı sistem peşəkar əsasda siyasi dialoqun inkişafına təkan verəcək”, – deyə Tokayevin mətbuat xidməti prezidentin sözlərini sitat gətirib.

Tokayev əlavə edib ki, bu dəyişikliklər partiya quruculuğuna yeni tələblər qoyacaq və populizmə deyil, peşəkarlığa üstünlük veriləcək.

Qazaxıstan lideri daha əvvəl xalqa müraciətində birpalatalı parlamentin yaradılmasını təklif etmiş, bunun ictimai müzakirəyə çıxarılacağını və prosesin ən azı bir il çəkəcəyini bildirmişdi.

Prezidentin sözlərinə görə, 2027-ci ildə ümumxalq referendumu keçirilə bilər, ardınca isə konstitusiyaya müvafiq dəyişikliklər ediləcək. Tokayev hesab edir ki, yalnız partiya siyahıları ilə formalaşan birpalatalı parlament dünya təcrübəsinə uyğun daha səmərəli idarəetmə modeli təmin edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…