Ukraynanın “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko korrupsiya ittihamları ilə bağlı dinləmələr zamanı Prezident Vladimir Zelenskinin hakimiyyətini sərt şəkildə tənqid edib.
“Operativ Məlumat Mərkəzi – OMM” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Timoşenko çıxışı zamanı Zelenskinin rejimini “mahiyyət etibarilə faşist” adlandırıb.
O bildirib: “Ölkə bu mahiyyətcə faşist rejimdən azad olunana qədər burada (Ukraynada – red.) qalacağam.”