Əsas məzmuna keç

“TikTok”da kibercinayətkarlıqda ittiham olunan şəxs saxlanılıb

“TikTok”da kibercinayətkarlıqda ittiham olunan şəxs saxlanılıb

Polis əməkdaşları tərəfindən bank kartlarından edilən oğurluqlar və informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin qarşısının...

əməkdaşları tərəfindən bank kartlarından edilən oğurluqlar və informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri ilə iki nəfərin kart hesablarından 920 manat və 1200 avro oğurlamaqda şübhəli bilinən Raul Rəşad oğlu müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun “”da “@gizlikamerasatisi” adlı səhifə yaradaraq istifadəçilərinə qarşı qanunazidd hərəkətlərə yol verdiyi məlum olub.

R.Əmrahovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polis orqanlarına müraciət edə bilərlər:

"Bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa tanımadığınız şəxslərə, etibar etmədiyiniz səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşdiyiniz təqdirdə isə bu barədə polisə məlumat verə bilərsiniz".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…