Özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinərək həbs edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli məlumat verib.
Məlumata görə, Panəliyeva TikTok platformasında “Hüquq mərkəzi” adı altında səhifələr yaradaraq canlı yayımlar vasitəsilə izləyici toplayıb və vətəndaşların etibarından sui-istifadə edib.
Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində S.Panəliyeva Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı müəyyən olunub ki, vurulan maddi ziyanın 381 529 manatı artıq ödənilib. Cinayət işinin ibtidai istintaqı davam etdirilir və zərərçəkən digər şəxslər də aidiyyəti üzrə müraciət edə bilərlər.