Əsas məzmuna keç

Təyyarəyə silahla minmək istədi

Təyyarəyə silahla minmək istədi

Avstraliyanın Melburn yaxınlığındakı Avalon hava limanında bir nəfər silahla "Jetstar" təyyarəsinə minməyə cəhd edib. Bununla bağlı xarici KİV məlumat...

Avstraliyanın Melburn yaxınlığındakı Avalon hava limanında bir nəfər silahla "Jetstar" təyyarəsinə minməyə cəhd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Viktoria polisi cümə saat 14.50-də hadisə yerinə çağırılıb və şübhəlini təyyarəyə minməzdən əvvəl saxlayıb.

"Jetstar" rəsmiləri təhlükəsizlik pozuntusu ilə bağlı araşdırmaların davam etdiyini bildirib, sərnişinlərin və ekipajın təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayıblar.

Hadisənin Sidney-Avalon reysi zamanı baş verdiyi və şübhəlinin zərərsizləşdirilməsi prosesində uçuş heyətinin rol oynadığı öyrənilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…