2023-cü ildə "Telegram"ın gəliri 342 milyon dollar olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri məlumat yayıb.
Əməliyyat xərcləri 108 milyon dollar, vergilərdən sonra isə ümumi itki demək olar ki, 173 milyon dollar təşkil edib.
"Telegram" bütövlükdə multimilyon dollarlıq kriptovalyuta sərvətinə sahib olan təsisçi Pavel Durova məxsusdur. Eyni zamanda, şirkət borcun maliyyələşdirilməsi üçün təxminən 2,4 milyard dollar cəlb edib. Ödəmə tarixi 2026-cı ilə planlaşdırılıb. Durovun özü şəxsən ən azı 64 milyon dollar dəyərində "Telegram" istiqrazları alıb.