Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

TDT XİN başçıları Türküstanda toplandı: Mühüm görüş başladı - YENİLƏNİB

2 dəq
Paylaş:
TDT XİN başçıları Türküstanda toplandı: Mühüm görüş başladı - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Türküstanda Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazir artan geosiyasi qeyri-müəyyənliklər, hibrid təhdidlər, qlobal və inteqrasiya çağırışları fonunda türk dövlətləri arasında həmrəyliyin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Orta Dəhlizin strateji rolu, rəqəmsal bağlantı, sahəsində əməkdaşlıq, əsaslı innovasiyalar, eləcə də Transxəzər fiber-optik kabel təşəbbüsünü əhatə edən "Rəqəmsal İpək Yolu" layihəsi xüsusi qeyd olunub.

Nazir, həmçinin həmkarlarını Azərbaycanın 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı" yenidənqurma işləri barədə məlumatlandırıb.

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanın dayanıqlı şəhərsalma baxışının göstəricisi olduğu vurğulanıb.

Həmçinin, Azərbaycanın süni intellekt və yeni texnologiyalar sahəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına və rəqəmsal transformasiyaya sadiqliyi bir daha təsdiqlənib.

***

Qazaxıstanda Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yığıncaq Türküstanda işinə başlayan TDT-nin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində baş tutur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax