Taylandın bir çox bölgəsində musson yağışlarının təsiri ilə daşqınlar baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, təbii fəlakət nəticəsində 19 min 624 ev zərər görüb.
Seldən zərər çəkmiş Yala və Narathivat əyalətlərində qayıqların köməyi ilə təxliyə və yardım işləri aparılarkən, evlərini boşaltmaq məcburiyyətində qalan yerli əhali üçün təcili yardım mərkəzi yaradılıb.
Yağışların 2 gün davam edəcəyi bildirilib.