Operativ Məlumat Mərkəzi

Taylandda 1 ildə 10,5 milyon insan havanın çirklənməsi səbəbindən xəstələnib

1 dəq
Paylaş:
Taylandda 1 ildə 10,5 milyon insan havanın çirklənməsi səbəbindən xəstələnib
2022-ci ildə 79 min 374 olan qripə yoluxma sayı, pandemiyanın bitdiyi 2023-cü ildə 478 min 175 olaraq qeyd edildi. NESDC-nin hesabatında aşağıdakı...

Taylandın Milli İqtisadi və Sosial İnkişaf Şurası (NESDC) 2023-cü ilin 4-cü rübü üçün ümumi sosial inkişaf hesabatında təkcə 2023-cü ildə 10,5 milyon insanın havanın çirklənməsi ilə bağlı xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2022-ci ildə 79 min 374 olan qripə yoluxma sayı, pandemiyanın bitdiyi 2023-cü ildə 478 min 175 olaraq qeyd edildi.

NESDC-nin hesabatında aşağıdakı ifadələr yer alıb:

2023-cü ilin dördüncü rübündə müşahidə xəstəlikləri ilə bağlı hallar 170,0 faiz artıb. Bu artım əsasən hava şəraitinin sürətli dəyişməsi və əvvəlki rübdə davam edən epidemiya səbəbindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə artmış qrip xəstələrinin sayı ilə bağlı olub. 2022-ci illə müqayisədə 2023-cü ildə müşahidə xəstəlikləri 116,7 faiz artıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər