Dördqat dünya çempionu Tato Qriqalaşvili Bakıda keçirilən dünya çempionatının finalında Azərbaycan təmsilçisi Zelim Tçkayev üzərində qazandığı qələbədən danışıb. Gürcüstanlı cüdoçu qələbəsinin səbəblərindən birinin yüksək motivasiya olduğunu bildirib.
Qriqalaşvili qeyd edib ki, ardıcıl üç dünya çempionatında qalib gəldikdən sonra gümüş medal qazanıb və dünya çempionu titulunu geri qaytarmaq istəyib. Onun sözlərinə görə, bu məqsəd yarışa köklənməsinə kömək edib.
Cüdoçu Tçkayevlə Bakıda keçirdiyi finalı əvvəlki qarşılaşmalarından daha çətin hesab etdiyini vurğulayıb. Görüşdən sonra rəqibini qucaqlayaraq onun əlini yuxarı qaldırmasını isə hörmət jesti kimi izah edib.
“Bunu böyük cüdoçu Zelimə və bütün Azərbaycana hörmətimi göstərmək üçün etdim. Bakıda belə yüksək səviyyəli final keçirdiyinə görə Zelimə təşəkkür edirəm. Bu, fantastik final idi”, – Qriqalaşvili bildirib.