Mehriban Zəki və Dilarə Əliyeva Bakıda özəl tibb müəssisələrindən birinə təxliyə olunublar - YENİLƏNİB

Mehriban Zəki və Dilarə Əliyeva Bakıda özəl tibb müəssisələrindən birinə təxliyə olunublar - YENİLƏNİB
22.03.2023 22:45
Aa
dəq

Mehriban Zəki və Dilarə Əliyeva Bakıda özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən məlumat verilib.

Belə ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyevaya müvafiq müayinələr təyin olunub, zəruri tibbi xidmətlər göstərilib. 

Onların vəziyyətləri qiymətləndirildikdən sonra özlərinin və ailələrinin yazılı iltizamnaməsi əsasında reanimobil təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinin müşayiəti ilə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.

19:50 ***

Yol qəzası nəticəsində xəsarət alan Mehriban Zəkinin vəziyyəti orta ağırdır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən bildirilib.

Məlumata görə, TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları rayon ərazisində baş verən yol qəzası ilə bağlı dərhal əraziyə cəlb edilib.

Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, hadisə zamanı avtomobili O.Əliyev idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

19:07***

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

"Report"

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu