Talış kəndində otuz ildən sonra ilk dəfə qurban kəsilib

Talış kəndində otuz ildən sonra ilk dəfə qurban kəsilib
28.06.2023 15:31
Aa
dəq

Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində otuz ildən sonra Qurban bayramı qeyd edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə qurban kəsilib. Bir ədəd iribuynuzlu heyvan kəsilərək 20 ailəyə paylanıb.

Qurbanlıq heyvanların kəsimi zamanı AQTA tərəfindən baytarlıq-sanitariya normalarına nəzarət edilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qurulan çadırda tam təchiz edilmiş mobil biotəhlükəsizlik laboratoriyaları fəaliyyət göstərir. Həmin laboratoriyalar seroloji, mikroskopik, orqanoleptik, fiziki-kimyəvi və molekulyar-bioloji müayinələrin aparılması üçün nəzərdə tutulub.

Talış kəndinin sakinləri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini, Qurban bayramının xalqımız üçün xeyirli-uğurlu olmasını diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Həftənin ən çox oxunanları

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu