Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsveçrə ABŞ və İranın Bürgenstok danışıqları barədə açıqlama verdi

2 dəq
Paylaş:
İsveçrə ABŞ və İranın Bürgenstok danışıqları barədə açıqlama verdi

ABŞ, İran və vasitəçilər arasında Bürgenstokda ABŞ-İran anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı danışıqlar gecə boyu davam edib. TASS agentliyinin əldə etdiyi məlumata görə, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi bəyanatında bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsveçrə tərəfi tərəflər arasında yaranan aktivliyi yüksək qiymətləndirib.

Məlumata görə, nazirliyin yaydığı rəsmi bəyanatda vurğulanıb: "İsveçrəli koordinator vasitəçilər İran və ABŞ arasında 21-22 iyun gecəsi Bürgenstokda davam edən intensiv diplomatik danışıqlar zamanı əldə edilən konstruktiv irəliləyişi alqışlayır".

Bildirilib ki, rəsmi və qlobal baxımından böyük əhəmiyyət kəsb edən bu prosesi özünün çoxəsrlik və sadiq "xoşməramlılıq və bitərəflik ənənəsinə uyğun olaraq" gələcəkdə də hər cür dəstəkləməyə tam hazır olduğunu bir daha təsdiqləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax