Əsas məzmuna keç

"Bu, ABŞ-nin geri çəkilməsi ilə təmin oluna bilər"

"Bu, ABŞ-nin geri çəkilməsi ilə təmin oluna bilər"

İranlı nazir müavini Kazım Qəribabadi CENTCOM-un Manamadakı hərbi toplantısını tənqid edib. Tehran Hörmüz boğazı və Yaxın Şərqdə yeni nizam tələb edir.

en ru

"Yaxın Şərqdə davamlı təhlükəsizlik yalnız xarici müdaxilələrin dayandırılması, ABŞ-nin bölgədən geri çəkilməsi və dövlətlərin suverenliyinə hörmət göstərilməsi ilə mümkün ola bilər".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İran nazirinin müavini Kazım Qəribabadi deyib.

Qəribabadi Mərkəzi Komandanlığının () Bəhreynin paytaxtı Manamada təşkil etdiyi regional hərbi təhlükəsizlik toplantısını tənqid edərək, belə görüşlərin Fars körfəzi üçün hüquqi və təhlükəsizlik nizamı müəyyən edə bilməyəcəyini vurğulayıb.

O qeyd edib ki, bölgənin təhlükəsizliyi ABŞ-nin hərbi himayəsi altında deyil, ölkələrin suveren hüquqlarına hörmət edilməsi və yeni geosiyasi reallıqların qəbul olunması əsasında təmin edilməlidir.

İran rəsmisi həmçinin bildirib ki, boğazının təhlükəsizlik çərçivəsi CENTCOM tərəfindən deyil, Tehranın müəyyən etdiyi prinsiplər əsasında formalaşdırılmalıdır.

Qeyd edək ki, CENTCOM iyulun 1-də Bəhreyn Müdafiə Qüvvələrinin ev sahibliyi ilə Misir, İordaniya, Küveyt, Livan, Oman, Qətər, , Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndən yüksək səviyyəli hərbi nümayəndələrin iştirakı ilə regional təhlükəsizlik toplantısı keçirildiyini açıqlamışdı.

Məlumata görə, görüşdə bölgədəki mövcud təhlükəsizlik vəziyyəti, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi və Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz keçidinin təmin olunması məsələləri müzakirə edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…