Əsas məzmuna keç

Şuşada mina partlayıb, xəsarət alan var

Şuşada mina partlayıb, xəsarət alan var

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Şuşa şəhəri yaxınlığında keçmiş erməni postu ərazisində minalardan təmizlənməyən ərazidə...

Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Şuşa şəhəri yaxınlığında keçmiş erməni postu ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi ilə bağlı məlumat yayıb.

Agentlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, piyada əleyhinə mina partlayışı nəticəsində işləri ilə məşğul olan rayon sakini, 1987-ci il təvəllüdlü Həbibov Rahim Şirməmməd oğlu xəsarət alıb.

Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb.

O əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…