Əsas məzmuna keç

Şuşa TDT-nin dini liderlərinin ilk görüşünə ev sahibliyi edir

Şuşa TDT-nin dini liderlərinin ilk görüşünə ev sahibliyi edir

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin din xadimləri Şuşada bir araya gəlib. Tarixi şəhərimizdə keçirilən bu mühüm sammit nələri ehtiva edir? Detallar:

en ru

Şuşada Təşkilatına (TDT) üzv ölkələrin məsələlər üzrə dövlət qurumları rəhbərlərinin iyunun 30-da Birinci görüşü keçiriləcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələrin (, , Özbəkistan, Qazaxıstan, Qırğızıstan) dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.

Ortaq tarixə, milli-mənəvi, dini və mədəni dəyərlərə malik türk dövlətləri arasında birgə fəaliyyətin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədini daşıyan görüş çərçivəsində bir sıra aktual məsələlərin müzakirəsi planlaşdırılır.

Görüşün əsas mövzularından biri TDT çərçivəsində dini məsələlər üzrə dövlət qurumlarının mexanizminin yaradılmasıdır. Bu təşəbbüs iştirakçı dövlətlər arasında müvafiq sahə üzrə koordinasiyanın gücləndirilməsinə, həmçinin işçi platformasının formalaşdırılmasına xidmət edir.

Həmçinin toplantının rəsmi hissəsinin yekununda əldə olunan razılaşmaları əks etdirən Kommünikenin imzalanması gözlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…