Əsas məzmuna keç

Suriyada ümumi əfv elan edildi: Cəzalar azaldılır

Suriyada ümumi əfv elan edildi: Cəzalar azaldılır

Suriya Prezidenti Əhməd Şara Ramazan ayı ərəfəsində genişmiqyaslı əfv fərmanı imzalayıb.

en ru

Prezidenti mübarək ayının başlanması münasibətilə ölkə üzrə genişmiqyaslı ümumi əfv imzalayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni qərara əsasən, məhkumların müddətlərində ciddi yüngülləşdirmələr nəzərdə tutulur.

Fərmanın detallarına görə, ömürlük həbs cəzaları 20 ilə endirilib, müvəqqəti ağır həbs cəzalarının isə yarısı ləğv edilib.

Eyni zamanda, bir sıra inzibati xətalar və yüngül cinayətlərə görə verilən cəzalar tamamilə aradan qaldırılıb. Əfv sənədi qaçaqmalçılıq, bəzi kiber cinayətlər, valyuta tənzimlənməsi qaydalarının pozulması və Suriya lirəsindən başqa xarici valyuta ilə qanunsuz əməliyyat aparan şəxslərə də şamil olunur.

Qanunsuz silah və sursat saxlamağa görə məhkum olunanlar üçün xüsusi şərt müəyyən edilib.

Belə ki, fərman qüvvəyə mindiyi gündən etibarən 3 ay ərzində silahlarını könüllü şəkildə səlahiyyətli orqanlara təslim edənlərin cəzaları tamamilə bağışlanacaq. Adam oğurluğu ilə məşğul olanların əfvdən yararlanması üçün isə zərərçəkmişin heç bir qarşılıq gözlənilmədən azad edilməsi və cinayətkarların müəyyən olunmuş müddətdə təslim olması tələb olunur.

Qeyd edək ki, insan alveri, işgəncə, xalqa qarşı törədilmiş ağır cinayətlər və digər xüsusilə ağır cinayətləri törədən şəxslər bu əfv fərmanının əhatə dairəsindən kənarda saxlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…