Operativ Məlumat Mərkəzi

Surinamda mədənin çökməsi nəticəsində 14 nəfər ölüb

1 dəq
Paylaş:
Surinamda mədənin çökməsi nəticəsində 14 nəfər ölüb
bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb. Bildirilib ki, qəza Çin şirkətlərindən birinin mədənçiliklə məşğul olduğu ərazidə baş verib. Bir neçə...

Qanunsuz qızıl mədəninin çökməsi nəticəsində azı 14 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb.

Bildirilib ki, qəza Çin şirkətlərindən birinin mədənçiliklə məşğul olduğu ərazidə baş verib. Bir neçə həftə əvvəl onun xahişi ilə polis və ordu çoxlu sayda qeyri-qanuni qızıl mədənçilərini əvvəllər yeni yataqlar aşkar edilmiş ərazidən uzaqlaşdırıb. Lakin qrup bir neçə gün sonra geri qayıdıb.

Cənubi Amerika ölkəsinin Baş Prokurorluğu hadisənin səbəblərini araşdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər