Əsas məzmuna keç

Masallıda evdən 33 min manatlıq qızıl, 2 min dollar, 10 min manat oğurlanıb

Masallıda evdən 33 min manatlıq qızıl, 2 min dollar, 10 min manat oğurlanıb

Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat...

ru

Yanvarın 4-də Masallı rayonu ərazisində cinayəti qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" verilən məlumata görə, naməlum şəxs rayon ərazisində mənzillərdən birinə daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib. O, bu yolla evdən 33 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.

Masallı Rayon Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.

Faktla bağlı başlanılıb, araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…