Əsas məzmuna keç

İtaliyada anomal istilər: 9 şəhərdə “qırmızı” xəbərdarlıq elan edildi

İtaliyada anomal istilər: 9 şəhərdə “qırmızı” xəbərdarlıq elan edildi

İtaliya Səhiyyə Nazirliyi ölkənin orta və cənub bölgələrində müşahidə olunan həddindən artıq yüksək temperaturlarla bağlı əhaliyə xəbərdarlıq edib.

en ru

İtaliyada güclü istilər səbəbindən 9 şəhərdə “qırmızı” xəbərdarlıq elan edilib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, həftənin əvvəlindən ölkənin orta və cənub bölgələrində növbəti güclü dalğası müşahidə olunur. yay mövsümündə qeydə alınan beşinci istilik dalğası ilə əlaqədar yüksək riskli bölgələrdə “qırmızı” kateqoriyalı xəbərdarlıq elan edib.

Xəbərdarlıq Bari, Cagliari, Campobasso, Katanya, Latina, Messina, Palermo, və Reggio Calabria şəhərlərinə şamil olunur.

Səhiyyə Nazirliyi vətəndaşlara, xüsusilə yaşlılara, uşaqlara və xroniki xəstəlikləri olan şəxslərə günün ən isti saatlarında, 11:00-dan 18:00-dək açıq havada olmaqdan çəkinməyi tövsiyə edib. İnsanlara günvurmadan qorunmaq üçün sərin məkanlarda qalmaq və kifayət qədər maye qəbul etmək tövsiyə olunur.

Paytaxt Romada yüksək temperatur həm sakinlərə, həm də turistlərə ciddi çətinliklər yaradıb. Tarixi məkanları ziyarət edən turistlərin günəşdən qorunmaq üçün çətir və portativ ventilyatorlardan istifadə etdiyi, sərinləmək üçün isə fəvvarələrin qarşısında növbə gözlədiyi bildirilir.

Eyni zamanda, Siciliyanın müxtəlif ərazilərində baş verən meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…