Əsas məzmuna keç

Fransada anomal istilər can alır: Ölüm hallarında kəskin artım qeydə alınıb

Fransada anomal istilər can alır: Ölüm hallarında kəskin artım qeydə alınıb

İyun ayında ölkəni bürüyən isti hava dalğası səbəbindən minlərlə insan həyatını itirib, yaxın günlərdə yeni istilərin gələcəyi proqnozlaşdırılır.

en ru

Fransada müşahidə olunan ekstremal dalğası ölkədə ölüm hallarının artmasına səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Səhiyyə naziri Stephanie Rist mətbuata açıqlamasında iyunun 22-dən 28-dək olan dövrdə ölkədə qeydə alınan ölüm sayının əvvəlki illərin orta göstəricisi ilə müqayisədə 2 min 25 nəfər çox olduğunu bildirib.

Məlumata görə, nazirlik tərəfindən təqdim edilən statistikada iyunun 22-si ilə başlayan həftə ərzində ölüm hallarının əvvəlki həftə ilə müqayisədə 30 faiz artdığı qeyd olunub. Daha əvvəl iyunun 24–28-i aralığında isti hava dalğası ilə bağlı təxminən 1000 nəfərin həyatını itirdiyini açıqlamışdı.

Bildirilir ki, iyun ayı ərzində təxminən iki həftə davam edən ölkənin , təhsil, səhiyyə və sənaye sektorlarında ciddi çətinliklər yaradıb. Xüsusilə Parisdə vəziyyət daha ağır olub və iyunun 26-da paytaxtda 109 nəfərin istilərlə əlaqədar vəfat etdiyi bildirilir.

Qeyd olunur ki, meteoroloqlar gələn həftədən etibarən Fransada yeni isti hava dalğasının başlayacağını proqnozlaşdırır və bu səbəbdən rəsmilər əhalini ehtiyat tədbirlərini gücləndirməyə çağırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…