Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransada anomal istilər: 61 bölgədə “narıncı” həyəcan siqnalı

2 dəq
Paylaş:
Fransada anomal istilər: 61 bölgədə “narıncı” həyəcan siqnalı

Fransada müşahidə olunan ölkədə təhlükəli vəziyyət yaradıb. Meteoroloqlar qarşıdakı günlərdə temperatur göstəricilərinin kritik həddə yüksələcəyi barədə xəbərdarlıq edirlər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “” agentliyinin məlumatına əsasən, yaxın bir həftə ərzində ölkə ərazisində temperaturun 35-38 dərəcə, cənub-qərb bölgələrində isə 38-41 dərəcəyə çatacağı gözlənilir.

Məlumata görə, yüksək temperatur səbəbindən əsasən Fransanın cənub və cənub-qərb hissələrində 61 departamentdə “narıncı” təhlükə səviyyəsi elan edilib. Mütəxəssislər havanın quraq keçməsi və rütubətin azalması fonunda riskinin əhəmiyyətli dərəcədə artdığını bildirirlər.

Hazırda ölkə üzrə 48 bölgədə yanğın təhlükəsi “yüksək” və “çox yüksək” səviyyədə qiymətləndirilir.

İsti hava dalğasının insan sağlamlığına da ciddi təsir göstərdiyi qeyd olunur. İyun ayında baş verən anomal istilər nəticəsində yalnız iyunun 26-da Parisdə 109 nəfərin öldüyü bildirilir. Fransa Səhiyyə Nazirliyinin statistikasına əsasən, iyunun 22-dən 28-dək olan dövrdə ölkədə əvvəlki orta göstəricilərlə müqayisədə 2 min 25 artıq ölüm faktı qeydə alınıb.

Fransanın Sebastien Lecornu da vəziyyətin ciddiliyini təsdiqləyib. O, Milli Məclisdə çıxışı zamanı cari mövsümdə meşə yanğınları nəticəsində 14 min 500 hektar ərazinin məhv olduğunu açıqlayıb. Bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çox olduğu vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax