Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İtaliyada anomal istilər: 4 nəfər dünyasını dəyişdi, 25 şəhərdə “qırmızı” alarm

2 dəq
Paylaş:
İtaliyada anomal istilər: 4 nəfər dünyasını dəyişdi, 25 şəhərdə “qırmızı” alarm

İtaliyada son 10 gündür müşahidə olunan və mövsüm normalarını xeyli aşan isti hava dalğası ciddi insan tələfatı ilə nəticələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yerli mətbuatın məlumatına görə, son sutka ərzində daha 4 nəfər yüksək temperaturun yaratdığı fəsadlar səbəbindən həyatını itirib. Genuya şəhərində 86 və 74 yaşlı iki qadın istivurma nəticəsində dünyasını dəyişib. Eyni zamanda, Padova yaxınlığındakı Abano Terme qəsəbəsində bir fəhlə, Mantova şəhərində isə kənd təsərrüfatında miqrant işçi yüksək temperaturun təsiri ilə həyatını itirib.

Bununla da, ötən həftədən bəri ölkədə isti hava dalğası səbəbindən ölənlərin sayı ən azı 10 nəfərə çatıb.

İtaliya vəziyyətin ciddiliyini nəzərə alaraq, paytaxt Roma da daxil olmaqla ölkənin 25 şəhərində “” hava təhlükəsi elan edib. Siyahıya Ankona, Bari, Bolonya, Bolzano, Breşiya, Florensiya, Frosinone, Genuya, Latina, Milan, Peruca, Peskara, Rieti, Turin, Venesiya, Verona, Viterbo, Kampobasso, , Neapol, Palermo, Kalyari, Kataniya və Triest daxil edilib.

Qurum bu qərarın əhalinin sağlamlığının qorunması və risk qruplarının diqqətdə saxlanılması məqsədilə verildiyini bildirib.

Ölkənin şimal bölgələrində gün ərzində rekord temperatur qeydə alınsa da, axşam saatlarında bəzi ərazilərdə güclü leysan yağışları və külək müşahidə olunub. Bu isə bir sıra bölgələrdə daşqın və infrastruktur zərərlərinə səbəb olub.

Meteoroloqların proqnozuna görə, ekstremal istilərin sabahdan etibarən təsirini itirməsi və ölkə ərazisinə yağıntılı hava kütlələrinin daxil olması gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax