Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin keçmiş prezidenti Co Baydenin xərçəng xəstəliyi sümüklərinə metastaz verib

2 dəq
Paylaş:
ABŞ-nin keçmiş prezidenti Co Baydenin xərçəng xəstəliyi sümüklərinə metastaz verib

ABŞ-nin keçmiş prezidenti Co Baydenin həyat onun barədə məlumat verib. "NBC News" telekanalına müsahibə verən Cill Bayden keçmiş dövlət başçısının prostat xərçənginin aqressiv forması ilə mübarizə apardığını və xəstəliyin artıq sümüklərinə yayıldığını açıqlayıb.

Cill Bayden qeyd edib ki, prostat xərçənginin ilkin mərhələdə müalicəsi mümkün olsa da, metastaz vəziyyəti tamamilə dəyişdirib: "Ona görə də düşünürəm ki, Co ömrünün sonuna qədər xərçənglə yaşayacaq". Buna baxmayaraq, o, keçmiş prezidentin hazırda özünü yaxşı hiss etdiyini və müalicəsinin davam etdiyini vurğulayıb.

Xatırladaq ki, Co Bayden 2025-ci ilin may ayında prostat xərçənginin aqressiv formasına tutulduğunu ictimaiyyətə açıqlamışdı. Həmin dövrdə o, beş həftəlik şüa terapiyası kursu keçmişdi. Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında isə Bayden dəri xərçəngi ilə bağlı cərrahi olunmuşdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax