Avropanın və Almaniyanın ən çox satılan qəzeti "Bild" bəzi redaktorları süni intellektlə əvəz edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, media şirkətinin rəhbəri Axel Springer SE işçilərinə göndərdiyi elektron poçtda onlarla yolların ayrılacağını bildirib.
"Təəssüf ki, rəqəmsal dünyada süni intellekt və avtomatlaşdırılmış proseslərlə yerinə yetirilən vəzifələri icra edən həmkarlarımız ilə yollarımız ayrılacaq", - deyə məktubda qeyd olunub.
Bu hal alman jurnalistlər tərəfindən birmənalı qarşılanmayıb.