Sumqayıtda Psixiatriya Xəstəxanasından 46 min manatlıq oğurluq olub

Sumqayıtda Psixiatriya Xəstəxanasından 46 min manatlıq oğurluq olub
26.05.2023 10:35
Aa
dəq

Sumqayıtda Psixiatriya Xəstəxanasından dəyəri 46 min manat olan kompüter avadanlıqları və tibbi ləvazimatlar oğurlayan şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt şəhərində yerləşən Psixiatriya Xəstəxanasından oğurluq edilib. Naməlum şəxs və ya şəxslər 15-16 may tarixləri arasında xəstəxananın pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəridən ümumi dəyəri 46 min manat olan kompüter avadanlıqları, yaddaş qurğuları, tibbi ləvazimatlar və digər elektron avadanlıqlar oğurlayıblar.

Xəstəxanadan daxil olan məlumat əsasında dərhal Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisə yerinə baxış keçirilib müvafiq istinaq hərəkətləri icra edilib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Ziyəddin Qəmbərov və Azər Qasımov qısa müddətdə saxlanılaraq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər.

Qeyd edək ki, xəstəxanadan oğurlanan avadanlıqların bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işinin ibtidai istintaqına başlanılıb.

Ziyəddin Qəmbərov və Azər Qasımov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, Sumqayıt Şəhər Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu