Əsas məzmuna keç

Sumqayıtda kişi qətlə yetirilib, arvadı şübhəli bilinir

Sumqayıtda kişi qətlə yetirilib, arvadı şübhəli bilinir

Sumqayıtda kişi qətlə yetirilib, arvadı şübhəli bilinir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib....

Sumqayıtda kişi qətlə yetirilib, arvadı şübhəli bilinir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhərinin Qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanılıb.

Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.

İbtidai istintaq davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…