Misli Premyer Liqasının ikinci dövrəsinin 12-ci turunda bu gün “Sumqayıt” “Sabah”la qarşılaşacaq. Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.
“Sumqayıt” 10 xalla turnir cədvəlinin doqquzuncu pilləsindədir. 21 xalı olan “Sabah” isə ikinci yerdə qərarlaşıb.
Görüşü Elvin Bayramov idarə edəcək. Ona köməkçi hakimlər Asiman Əzizli və Zöhrab Abbasov, dördüncü hakim Vüqar Həsənli olacaq. VAR hakimi Rəşad Əhmədov, hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi isə Məmmədəli Məmmədov təyin edilib.
Tur noyabrın 22-də başa çatacaq.