Əsas məzmuna keç

Misli Premyer Liqasının XII turu bu gün başlayır

Misli Premyer Liqasının XII turu bu gün başlayır
— Foto: Report.az

Turun ilk günündə “İmişli” “Zirə”ni, “Sumqayıt” isə “Sabah”ı qəbul edəcək. Qarşılaşmalar saat 14:30 və 19:00-da başlayacaq.

en ru

Misli Premyer Liqasında XII tura bu gün start veriləcək. Birinci oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün oyunları

İlk görüşdə “” Yevlax şəhər stadionunda “”ni qəbul edəcək. Matç saat 14:30-da başlayacaq. “Zirə” 19 xalla turnir cədvəlinin beşinci, “İmişli” isə 11 xalla səkkizinci pilləsindədir.

Günün ikinci oyununda “” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sabah”la qarşılaşacaq. Görüş saat 19:00-da başlayacaq. Son ölkə çempionu “Sabah” 21 xalla ikinci, “Sumqayıt” isə 10 xalla doqquzuncu yerdədir. Hər iki komandanın ehtiyatda bir oyunu var.

Hakim təyinatları

“İmişli” – “Zirə” matçının baş hakimi Cavid Cəlilov olacaq. Ona Kamran Bayramov, Müslüm və Nazim Abdullayev kömək edəcəklər. VAR hakimi Kamranbəy Rəhimov, AVAR hakimi Kərim Zeynalov, hakim-inspektor Asim Xudiyev, AFFA nümayəndəsi isə Seymur Səlimlidir.

“Sumqayıt” – “Sabah” görüşünü Elvin Bayramov idarə edəcək. Köməkçi hakimlər Asiman Əzizli, Zöhrab Abbasov və Vüqar Həsənlidir. VAR hakimi Rəşad Əhmədov, AVAR hakimi Rahil Ramazanov, hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi Məmmədəli Məmmədov olacaq.

XII tura noyabrın 22-də yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…